Suallar

Ağlında sual qalmasın.

Sualın, dəstək ehtiyacın və ya əməkdaşlıq təklifin var? Sənə uyğun əlaqə üsulunu seç.

Yola çıxmazdan əvvəl

Ağlında sual qalmasın.

Gedişi necə planlaşdıra bilərəm?

Bid Sərnişin tətbiqində birdəfəlik gedişi seç, başlanğıc və bitiş nöqtələrini, tarix və saatı daxil et. Öz qiymət təklifini və ödəniş üsulunu seçdikdən sonra sürücü təkliflərini gözlə. Uyğun təklifi seçərək sifarişi təsdiqlə.

Qiyməti kim müəyyən edir?

İlkin qiymət təklifini sərnişin göndərir. Sürücü həmin təklifi qəbul edə və ya tətbiqdəki hazır seçimlərlə öz təklifini göndərə bilər. Yekun qiymət sərnişinin seçib təsdiqlədiyi təklifə əsaslanır.

Gündəlik gedişlərdə nağd ödəmək olar?

Bəli, nağd ödəniş 1 həftəlik gündəlik plan üçün mümkündür. 2 həftəlik və aylıq planlarda tətbiqdə əlçatan olan kartla ödəniş seçimindən istifadə olunur. Birdəfəlik gedişlərdə nağd və ya kart seçimini əvvəlcədən edə bilərsən.

Planın bəzi gedişləri keçibsə, qiymət necə olur?

Gündəlik planın qiyməti gediş başına hesablanır. Təkliflər və təsdiq ekranı qarşıda qalan uyğun gedişlərin sayına görə yenilənir. Təsdiqdən əvvəl faktiki ilk gedişi, gediş sayını və yekun məbləği yoxla.

Çatdırılmanı haradan seçirəm?

Birdəfəlik sifariş formasında çatdırılma növünü seç. Götürmə və bitiş nöqtələrini, vaxtı, qiymət təklifini və ödəniş üsulunu qeyd et. Lazım olan qeydləri də sifarişə əlavə edə bilərsən.

Sürücü kimi necə qoşula bilərəm?

Saytdakı sürücü müraciət formasını doldur, gedişlər, çatdırılma və ya hər ikisini seç. Bid komandası qeyd etdiyin nömrə ilə əlaqə saxlayacaq, sənədlər və növbəti addımlar barədə məlumat verəcək.

Yalnız çatdırılma sifarişləri ilə işləmək mümkündür?

Bəli. Sürücü hesabına sərnişin gedişləri, çatdırılma və ya hər iki xidmət üçün icazə verilə bilər. Uyğun avtomobil və xidmət icazəsi təsdiqlənməlidir. İcazə ilə bağlı Bid komandası ilə əlaqə saxla.

Dəstək ilə necə əlaqə saxlayım?

Tətbiq menyusundakı Dəstək bölməsindən yaz, info@bid.az ünvanına e-poçt göndər və ya +994 55 515 21 28 nömrəsinə zəng et.

Tətbiqin dilini necə dəyişə bilərəm?

Bid tətbiqi ilkin olaraq cihazın dilinə uyğunlaşır. Dili sonradan tətbiqin menyusundakı dil seçimindən dəyişə bilərsən.

Əlaqə

Növbəti gedişin buradan başlayır

Yoluna Bid ilə davam et.

Sərnişinsən, yoxsa sürücü? Sənə uyğun tətbiqi rəsmi mağazadan yüklə.

Tətbiqi yükləiOS & Android