Birdəfəlik gediş
Gününü, saatını və marşrutunu öncədən seç. Öz qiymət təklifini göndər, gələn təkliflər arasından sürücünü seç.
Ətraflı bax — Birdəfəlik gedişBid · Sənin yolun, sənin seçimin
Birdəfəlik gediş, gündəlik marşrut və çatdırılma. Vaxtını və ünvanını seç, öz təklifini göndər, sürücü təkliflərini dəyərləndir.
Telefonunla skan etBid Sərnişin tətbiqini yükləTətbiqin iş prinsipinin nümunəsi
Bir tətbiq. Fərqli yollar.
Gününü, saatını və marşrutunu öncədən seç. Öz qiymət təklifini göndər, gələn təkliflər arasından sürücünü seç.
Ətraflı bax — Birdəfəlik gedişEv–iş və digər təkrarlanan marşrutlarını bir dəfə qur. Gediş günlərini seç və uyğun sürücü ilə planını təsdiqlə.
Ətraflı bax — Gündəlik gedişlərBirdəfəlik sifarişdə çatdırılmanı seç. Götürmə və çatdırılma ünvanlarını, vaxtı və vacib qeydlərini əlavə et.
Ətraflı bax — ÇatdırılmaSeçimlərini əvvəlcədən gör
Gedişini qur, gələn təkliflərə bax və sənə uyğun sürücünü seç. Addımlara toxunaraq nümunəni yoxla.
Ev İş08:00
Təsdiqdən əvvəl marşrutu, vaxtı və yekun məbləği yoxla.
Ünvanlar və məbləğlər izah üçün nümunədir.
Təkrar yol, daha az qayğı
İşə, dərsə və ya hər gün getdiyin ünvana marşrutunu öncədən qur. Gediş başına qiyməti gör, planında qalan uyğun gedişlərə görə yekun məbləği dəyərləndir.
Nağd ödəniş yalnız 1 həftəlik gündəlik plan üçün mövcuddur. Digər planlarda tətbiqdəki kart seçimini yoxla.
Günlər və saatlar sənin seçiminlə
Sükan arxasında sən
Sərnişin gedişləri, çatdırılma və ya hər ikisi. Necə işləmək istədiyini seç, müraciət et. Qeydiyyatı tamamlamaq üçün komandamız səninlə əlaqə saxlayacaq.
Sürücü kimi müraciət et
Biznesin üçün də bir yol var
Restoran, mağaza, otel və digər bizneslər üçün sərnişin gedişləri və çatdırılma sifarişləri. Avtopark əməkdaşlığı üçün də bizimlə əlaqə saxla.
Bid Taxi MMC · Azərbaycan
Qeydiyyat, dəstək və əməkdaşlıq üçün Bid komandası ilə birbaşa danış.
Yola çıxmazdan əvvəl
Bid Sərnişin tətbiqində birdəfəlik gedişi seç, başlanğıc və bitiş nöqtələrini, tarix və saatı daxil et. Öz qiymət təklifini və ödəniş üsulunu seçdikdən sonra sürücü təkliflərini gözlə. Uyğun təklifi seçərək sifarişi təsdiqlə.
İlkin qiymət təklifini sərnişin göndərir. Sürücü həmin təklifi qəbul edə və ya tətbiqdəki hazır seçimlərlə öz təklifini göndərə bilər. Yekun qiymət sərnişinin seçib təsdiqlədiyi təklifə əsaslanır.
Bəli, nağd ödəniş 1 həftəlik gündəlik plan üçün mümkündür. 2 həftəlik və aylıq planlarda tətbiqdə əlçatan olan kartla ödəniş seçimindən istifadə olunur. Birdəfəlik gedişlərdə nağd və ya kart seçimini əvvəlcədən edə bilərsən.
Gündəlik planın qiyməti gediş başına hesablanır. Təkliflər və təsdiq ekranı qarşıda qalan uyğun gedişlərin sayına görə yenilənir. Təsdiqdən əvvəl faktiki ilk gedişi, gediş sayını və yekun məbləği yoxla.
Növbəti gedişin buradan başlayır
Sərnişinsən, yoxsa sürücü? Sənə uyğun tətbiqi rəsmi mağazadan yüklə.